"Neftçi" və "Qəbələ" II raundda mübarizəyə başlayır - Konfrans Liqası

"Neftçi" və "Qəbələ" II raundda mübarizəyə başlayır - Konfrans Liqası

Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları bu gün davam etdiriləcək.

MediaSport.az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edəcək "Neftçi" və "Qəbələ" də mübarizəyə qoşulacaq.

Adrian Mutunun baş məşqçisi olduğu "ağ-qaralar" Bosniya və Herseqovina səfərində "Jelezniçar"ın qonağı olacaqlar. Elmar Baxşıyevin "qırmızı-qaralar"ı isə doğma Qəbələdə Kiprin "Omoniya" kollektivini qəbul edəcəklər.

Komandalar arasında cavab görüşləri avqustun 3-də keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasındakı digər təmsilçimiz "Sabah" ilk qarşılaşma çərçivəsində dünən Latviyada yerli RFS-i 2:0 hesabı ilə məğlub edib.


Avropa Konfrans Liqası. II təsnifat mərhələsi. İlk oyunlar


20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr)

Baş hakim: Andrey Çivulete (Rumıniya)

Qəbələ, Qəbələ şəhər stadionu


23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya)

Bosniya və Herseqovina, Sarayevo, "Qrbavitsa" stadionu