APL-də mövsümün yeni rekordu üçün 4 görüş kifayət edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunun görüşləri başa çatmasa da, baş tutmuş 4 qarşılaşmada cari mövsümün tamaşaçı rekordu yenilənib.
Mediasport.az xəbər verir ki, turun 4 oyununu ümumilikdə 11 min 750 azarkeş stadionlardan izləyib.
Bunadək ən yüksək göstərici 6-cı turda qeydə alınmışdı - 10 min 950 nəfər.
Hesabat həftəsinin “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında Tovuz şəhər stadionuna 5 min tamaşaçı toplaşıb.
“Neftçi” – “Sabah” 4600, “Sumqayıt” – “Qəbələ” 1350 və “Zirə” - “Səbail” duelləri 800 azarkeş qarşısında oynanılıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Araz-Naxçıvan” – “Qarabağ” matçı ilə yekun vurulacaq.