"Ölüm qrupundan" PSJ və "Borussiya" çıxıb, "Milan" Avroliqanın pley-offuna düşüb
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, 6-cı turun ikinci oyun günündə 8 qarşılaşma baş tutub.
Günün fantastik hadisələri "Ölüm qrupu" adlanan D qrupunda baş verib. Son saniyələrə qədər hadisələrin dəfələrlə dəyişdiyi qrupdan 1/8 finala yekunda Dortmund "Borussiya"sı və PSJ çıxıb, "Milan" yoluna Avropa Liqasında davam edəcək.
İtaliya klubu ilə dueldə ilk hissəni qalib başa vursa da, üstünlüyü saxlaya bilməyən "Nyukasl" isə avrokuboklarla vidalaşıb.
UEFA Çempionlar Liqası. Qrup mərhələsi. 5-ci tur
E qrupu
00:00 "Atletiko" (İspaniya) - "Latsio" (İtaliya) 2:0
00:00 "Seltik" (Şotlandiya) - "Feyenoord" (Niderland) 2:1
Xal durumu: Atletiko - 14, Latsio - 10, Feyenoord - 6, Seltik - 4
F qrupu
00:00 "Borussiya" D. (Almaniya) - PSJ (Fransa) 1:1
00:00 "Nyukasl" (İngiltərə) - "Milan" (İtaliya) 1:2
Xal durumu: Borussiya - 11, PSJ - 8, Milan - 8, Nyukasl - 5.
G qrupu
21:45 "Leypsiq" (Almaniya) - "Yanq Boyz" (İsveçrə) 2:1
21:45 "Srvena Zvezda" (Serbiya) - "Mançester Siti" (İngiltərə) 2:3
Xal durumu: Mançester Siti - 18, Leypsiq - 12, Yanq Boyz - 4, Srvena Zvezda - 1
H qrupu
00:00 "Antverpen" (Belçika) - "Barselona" (İspaniya) 3:2
00:00 "Portu" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 5:3
Xal durumu: Barselona - 12, Portu - 12, Şaxtyor - 9, Antverpen - 3