İlkin Qırtımov avtoqolla Premyer Liqanın tarixinə düşüb
"Qəbələ" Azərbaycan Premyer Liqasının 17-ci turunda "Səbail"lə qarşılaşıb (0:3).
Mediasport.az xəbər verir ki, həmin matçda avtoqol müəllifi olan İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə topu öz qapısına göndərib.
Bununla da, o, öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.
33 yaşlı müdafiəçi 2018/2019 mövsümündə "Zirə"nin heyətində "Qarabağ"la ev, ötən çempionatda "Qəbələ" forması ilə "Sabah"la səfər matçında da avtoqol müəllifi olub.
İlkin turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Ona qədər Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da 3 dəfə öz qapısına üç qol vurublar.