"Sabah" İtaliyaya gedir

"Sabah" İtaliyaya gedir

"Sabah"ın U-13 komandası İtaliyada beynəlxalq turnirdə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi Ravenna şəhərində təşkil olunacaq "Ravenna Cup" yarışında mübarizə aparacaq.

Turnir 30 mart - 1 aprel tarixlərində keçiriləcək.

Hazırlıqları başa vuran təmsilçimiz Apennin yarımadasına bu gün yollanacaq.