Asif Məmmədovun "Qəbələ"yə qayıdışı nə vaxt mümkün olacaq?
Futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü turunun "Turan Tovuz"la ev görüşündə ciddi zədə alan “Qəbələ”nin kapitanı Asif Məmmədov Türkiyədə əməliyyat olunub.
mediasport.az saytına klubdan verilən məlumata görə, ayağı qırılan təcrübəli futbolçunun axil vətəri yırtılıb.
Əməliyyatı uğurla keçən 37 yaşlı yarımmüdafiəçi üçün mövsüm erkən başa çatıb. Məmmədovun sıraya dönməsi təxminən 2-3 ay vaxt alacaq. “Turan Tovuz”la qarşılaşmada dizindən xəsarət alan digər yarımmüdafiəçi Feras Abu Akalın da zədəsi ciddidir. 26 yaşlı israilli futbolçu bugünlərdə müayinədən keçəcək.