"Qarabağ" qış çempionluğunu təmin etdi, "Zirə" Şamaxıdan 1 xalla qayıtdı

"Qarabağ" qış çempionluğunu təmin etdi, "Zirə" Şamaxıdan 1 xalla qayıtdı

Bu gün Premyer Liqada 17-ci tura start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

"Azersun Arena"da "Qəbələ"yə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qış fasiləsinə çempion kimi yollanmağı təmin edib.

Bu qələbədən sonra xallarını 47-yə çatdıran Ağdam təmsilçisi mövsümün ilk hissəsinin sonuna 2 tur qalmış ən yaxın izləyicisi "Sabah"ı 8 xal qabaqlayır. Liderdən 1 oyun az keçirən paytaxt təmsilçisi son turlarda qalib gəlsə belə, rəqibinə çata bilməyəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda ölkə çempionatlarını tarixində 8-ci dəfə yeni ili lider kimi qarşılayacaq. Səkkizqat ölkə çempionu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 və 2021/2022 mövsümlərində də ilk yarını zirvədə tamamlayıb.

"Qarabağ" bu göstəricidə "Neftçi"yə də çatıb. Bakılılar da 9 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21) qış çempionu olublar.

Turun "Kəpəz" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları dekabrın 14-də, "Turan Tovuz" - "Neftçi" matçı isə dekabrın 15-də oynanılacaq.


Azərbaycan Premyer Liqası. 17-ci tur


13 dekabr (çərşənbə axşamı)


14:00. “Şamaxı” – “Zirə” 0:0

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Şamaxı şəhər stadionu.

“Şamaxı”: 1. Rəşad Əzizli, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 79. Emil Qasımov
Baş məşqçi: Vüqar Əsgərli.
“Zirə”: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 47. Mohamed Hamdaui, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov.


19:00. “Qarabağ” – “Qəbələ” 1:0

Qol: Ramil Şeydayev, 68-pen.

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Elman Musayev

“Azersun Arena”.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov.

 “Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 10. Omar Hani

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strijak

Baş məşqçi: Elmar Baxşıyev.