Çempionlar Liqasında pley-offun 10 iştirakçısı müəyyənləşdi

Çempionlar Liqasında pley-offun 10 iştirakçısı müəyyənləşdi

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab matçları keçirilib.

Mediasport.az xəbər verir ki, bununla da pley-offa vəsiqə qazanan 10 komandanın adı müəyyənləşib.

Bu raundun ilk görüşləri avqustun 20-21-də baş tutacaq.


UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunları


APOEL (Kipr) – "Slovan" (Slovakiya) 0:0 İlk oyun: 0:2

"Bude Qlimt" (Norveç) - "Yagelloniya" (Polşa) 4:1 İlk oyun: 1:0

"Fənərbağça" (Türkiyə) – "Lill" (Fransa) 1:0 (ə.vaxt - 0:1) İlk oyun: 1:2

"Tvente" (Niderland) – "Zalsburq" (Avstriya) 3:3 İlk oyun: 1:2

PAOK (Yunanıstan) – "Malmö" (İsveç) 3:3 (ə.vaxt - 0:1) İlk oyun: 2:2

"Ferensvaroş" (Macarıstan) – "Midtyulland" 1:1 (Danimarka) İlk oyun: 0:2

"Ludoqorets" (Bolqarıstan) – "Qarabağ" (Azərbaycan) 2:3 (ə.vaxt - 0:4) İlk oyun: 2:1

"Styaua" (Rumıniya) – "Sparta" (Çexiya) 2:3 İlk oyun: 1:1

"Yunion Sent Jiluaz" (Belçika) – "Slaviya" (Çexiya) 0:1 İlk oyun: 1:3

"Reyncers" (Şotlandiya) – "Dinamo" (Kiyev, Ukrayna) 0:2 İlk oyun: 1:1