UEFA Millətlər Liqası: Millimizin oyunları bu hakimlərə tapşırılıb

UEFA Millətlər Liqası:  Millimizin oyunları bu hakimlərə tapşırılıb

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 6-dan 15-dək UEFA Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Sloveniyada təşkil olunacaq mərhələdə yığmamızın oyunlarını idarə edəcək hakimlər açıqlanıb.


Azərbaycan – Kosovo

Baş hakim: Katerina Usova (Ukrayna)

Baş hakimin köməkçiləri: İrina Çayka (Ukrayna), Kaya Şkrban (Sloveniya)

Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya)

8 noyabr. Breziçe. Saat 15:00


Sloveniya – Azərbaycan

Baş hakim: Veronika Kovarova (Çexiya)

Baş hakimin köməkçiləri: Tereza Hessova (Çexiya), Reyçel Smit (Şimali İrlandiya)

Dördüncü hakim: Luize Tompson (Şimali İrlandiya)

11 noyabr. Çatej. Saat 15:00 


Moldova – Azərbaycan

Baş hakim: Luize Tompson (Şimali İrlandiya)

Baş hakimin köməkçiləri: Reyçel Smit (Şimali İrlandiya), Kaya Şkrban (Sloveniya)

Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya)

14 noyabr. Breziçe. Saat 15:00