"Azərbaycan son dəqiqələrdə ciddi müqavimət göstərib qol vurdu"
"Qarşılaşma bizim istədiyimiz tempdə keçdi. Fürsətlər oldu, amma istifadə edə bilmədik. Rəqib ilk dəqiqələrdən hücuma atılsa da, oyuna nəzarət edə bildik".
Mediasport.az xəbər verir ki, bunu qadınlardan ibarət Türkiyə yığmasının baş məşqçisi Necla Güngör deyib.
Türkiyəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin B Liqasında Bakıda millimizə 0:1 hesablı məğlubiyyəti şərh edib:
"İkinci hissədə üstünlük daha çox bizim tərəfimizdə idi. Rəqib komanda son dəqiqələrdə ciddi müqavimət göstərib qol vurdu. Məğlubiyyətə görə üzgünük. Ancaq pley-off ümidlərimiz davam edir. Digər oyunda Macarıstan qrup lideri İsveçrəni məğlub edib. Qrupda hər komandanın öz hesabları olacaq. Qarşıda İsveçrə və Macarıstanla oyunlarımız var. Yaxşı hazırlıq keçib, məqsədimizə nail olmaq istəyirik".