Avroliqada FİNAL: "Sevilya" final uduzmayıb, "Roma" ilk titula doğru

Avroliqada FİNAL: "Sevilya" final uduzmayıb, "Roma" ilk titula doğru

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 2022/2023-cü illər mövsümünün qalibi müəyyənləşəcək.

mediasport.az xəbər verir ki, Macarıstanda keçiriləcək həlledici qarşılaşmada turnirin rekordçusu “Sevilya” ilə “Roma” qarşılaşacaq.

İspaniya klubu üçün tarixində 7-ci final olacaq bu görüş Budapeştdəki 67 min tamaşaçı tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq. "Canavarlar" isə Avroliqada final həyəcanının 2 dəfə yaşayıblar.

6 final oynayan əndəlüslülər hamısında meydanı qalib tərk ediblər, Roma təmsilçisi isə 1991-ci ildə oynadığı həlledici dueldə “İnter”ə uduzub.

Kollektivlər daxili çempionatlarında “dördlüy”ə düşə bilmədiyi üçün Avropa Liqasını qazanmaq onlar üçün ikiqat əhəmiyyətlidir. Kuboku qazanan kollektiv növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etmək imkanı əldə edəcək.


UEFA Avropa Liqası. Final


23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Macarıstan, Budapeşt. “Puşkaş Arena”

(CBC Sport, Matç Premyer, Matç TV, Futbol 1)