"Neftçi" İsveçrədə Kanada yığmasına qarşı - Dünya Qadınlar Seriyası

"Neftçi" İsveçrədə Kanada yığmasına qarşı - Dünya Qadınlar Seriyası

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadınlar Seriyasının İsveçrənin Fribur şəhərində keçiriləcək növbəti mərhələsində bu gün mübarizəyə başlayacaq.

MediaSport.az xəbər verir ki, Şuşa və Netanya mərhələlərinin qalibi ilk oyununu Kanada yığmasına qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, A qrupunda Malayziya seçməsi də yer alıb. 16 kollektivin yer aldığı turnirdə qruplarda ilk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. Yarışda, həmçinin, Fransa, Çin, Yaponiya, İtaliya, Portuqaliya, İsveçrə, Ukrayna, Yeni Zelandiya, İsrail, Latviya milliləri, Çinin "Yuanda", Macarıstanın "Dyor" və İsveçrənin "Fribur" klubları da iştirak edir.