"Neftçi" Kanada millisinə qarşı

"Neftçi" Kanada millisinə qarşı

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadınlar Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində bu gün 1/4 final oyununu keçirəcək.

MediaSport.az xəbər verir ki, Bakı təmsilçisi Kanada millisi ilə qarşılaşacaq.

Görüş saat 19:25-də start götürəcək.

Qeyd edək ki, "ağ-qaralar" "C" qrupunda Fransa yığmasına məğlub olub (12:16), Polşa millisinə qalib gəlib - 14:13.