"Bayer" 1-ci, "Liverpul" 4-cü, "Qarabağ" isə 5-ci pillədə - Avroliqa

"Bayer" 1-ci, "Liverpul" 4-cü, "Qarabağ" isə 5-ci pillədə - Avroliqa

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və yaxşı formada olan komandaların siyahısı açıqlanıb.

Mediasport.az xəbər verir ki, turnirin rəsmi "X" hesabında 10 klubdan ibarət sıralama dərc olunub.

Azərbaycan çempionu "Qarabağ" "10-luğ"un 5-ci pilləsində qərarlaşıb.

Siyahı daxili çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib edilib. Qurban Qurbanovun komandası son 5 oyununun 4-də qalib gəlib, 1-də uduzub.

Ağdam klubunun qrup mərhələsində rəqiblərindən "Bayer" birinci, Norveç çempionu "Molde" isə 10-cu sırada qərarlaşıb.