PÜŞK ATILDI: "Qarabağ"ın rəqibləri məlum oldu: "Tottenhem", "Ayaks"...
UEFA Avropa Liqasında 2024/25 mövsümünün əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
3-cü səbətdə yer alan komandamız aşağıdakı rəqiblərlə qarşılaşacaq:
UEFA Avropa Liqası. Liqa mərhələsi
1-ci tur, 25-26 sentyabr, "Ayaks" (Niderland; ev oyunu)
2-ci tur, 3 oktyabr, "Olimpik" (Lion), Fransa; ev oyunu)
3-cü tur, 24 oktyabr, "Tottenhem" (İngiltərə; səfər oyunu)
4-cü tur, 7 noyabr, "Olimpiakos (Yunanıstan; səfər oyunu)
5-ci tur, 28 noyabr, "Malmö" (İsveç, ev oyunu)
6-cı tur, 12 dekabr, "Bude-Qlimt" (Norveç; səfər oyunu)
7-ci tur, 23 yanvar, 2025-ci il, "Styaua" (Rumıniya; ev oyunu)
8-ci tur, 30 yanvar, 2025-ci il, "Elfsborq" (İsveç; səfər oyunu)
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək. 8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək.
Digər 12 iştirakçı mübarizəni dayandıracaq.