Milli komandamızın baş məşqçisi Türkiyə çempionu adını qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə uğur qazanıb.
mediasport.az xəbər verir ki, 36 yaşlı mütəxəssisin idman direktoru olduğu "Fomget" klubu qadınlar arasında Superliqanın çempionu olub.
Paytaxt təmsilçisi finalda adlı-sanlı rəqibi "Fənərbağça"nı məğlubiyyətə uğradıb - 4:2.
Əsgərov Türkiyə təmsilçisində idman direktoru vəzifəsini 2022-ci ilin avqustundan icra edir.