"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - PREMYER LİQADA 12-Cİ TUR

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi - PREMYER LİQADA 12-Cİ TUR

Bu gün Premyer Liqada 12-ci tura start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə "Turan Tovuz" evdə "Sumqayıt"la qarşılaşıb. Ayxan Abbasov çalışdırdığı qərb təmsilçisi mütəxəssisin keçmiş klubunu sona az qalmış Şəhriyar Əliyevin vurduğu yeganə qolla məğlub edib.


Premyer Liqa. 12-ci tur

15:00. "Turan Tovuz" - "Sumqayıt" 1:0

Qol: Şəhriyar Əliyev, 88.

Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Kamran Bayramov, Emin Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

Tovuz şəhər stadionu.

Turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.