"Kəpəz" 23 yaşlı braziliyalı futbolçu ilə "1+1" illik müqavilə bağladı
“Kəpəz” heyətinə daha bir legioner cəlb edib.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisi Keverton Resende Markolino ilə anlaşıb.
23 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Braziliyalı son olaraq vətənində "Hersilio Luj" klubunda çıxış edib.