Azərbaycan yığmasının qrup oyunlarının təqvimi açıqlanıb

Azərbaycan yığmasının qrup oyunlarının təqvimi açıqlanıb

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının qrup matçlarının təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, komandamız ilk görüşünü iyulun 30-da İspaniyaya qarşı keçirəcək.

Qarşılaşmaların saatları Bakı vaxtilə göstərilib.

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə qazanacaqlar.

3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.


Paris-2024 Yay Olimpiya Oyunlar


30 iyul saat 23:00

İspaniya - AZƏRBAYCAN

31 iyul saat 23:30

ABŞ - AZƏRBAYCAN

1 avqust saat 14:30

AZƏRBAYCAN - Fransa

1 avqust saat 20:30

Almaniya - AZƏRBAYCAN

2 avqust saat 11:30 

Avstraliya - AZƏRBAYCAN

2 avqust saat 19:30 

Çin - AZƏRBAYCAN

3 avqust saat 19:30

Kanada - AZƏRBAYCAN