Azərbaycan III Avropa Oyunlarında 8 idmançı ilə mübarizəyə başlayır

Azərbaycan III Avropa Oyunlarında 8 idmançı ilə mübarizəyə başlayır

Tarixdə 3-cü dəfə keçiriləcək Avropa Oyunlarına bu gün start veriləcək.

MediaSport.az xəbər verir ki, Polşanın Krakov şəhərinin ev sahibliyi edəcəyi yarışların ilk günündə Azərbaycanın 8 idmançısı mübarizəyə başlayacaq.

İdmançılarımız atletika yarışlarda medal qazanmağa çalışacaqlar. Lamiyə Vəliyeva (400 metr məsafədə qaçış), Aleksis Kopello (üç təkanla tullanma), Cavid Məmmədov (400 metr məsafədə qaçış), Anna Yusupova (5000 metr məsafədə qaçış), Elman Abışov (800 metr məsafədə qaçış), Anna Skidan (çəkic atma), İlahə Quliyeva (100 metr məsafədə qaçış) və Aleksey Əliəkbərov (100 metr məsafədə qaçış) çıxış edəcəklər.

Qeyd edək ki, III Avropa Oyunlarında Azərbaycanı 13 idman növündə 86 idmançı təmsil edəcək. Oyunlar iyulun 2-də yekunlaşacaq.

İlk Avropa Oyunları 2015-ci ildə Bakıda, 2-ci Avropa Oyunları 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilib.