Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib

Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, 41 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın dördüncü günündə 24 döyüş baş tutub.

6 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra bütün yarımfinalçıların adlarına aydınlıq gəlib.

Qələbə qazanan boksçular bununla da ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmanın aparıcı üzvlərindən Ruslan Qədirov, Malik Həsənov, Tayfur Əliyev və Nəbi İsgəndərov da finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Ölkə çempionatına dekabrın 8-də yekun vurulacaq.


Azərbaycan çempionatı. 1/4 final mərhələsi


54 kiloqram

Ruslan Qədirov (MİK) – Elşən Qəribov (“Roman”) – 5:0

Ramazan Babayev (DİN İC) – Nihat Abdullayev (“Qızıl əlcək”) – 0:5

Amin Məmmədzadə (“Qızıl əlcək”) – Elgün Babayev (METE) – 5:0

Namik Yarəliyev (Qəbələ) – Mirzağa Hüseynli (“Cənub”) – 1:4


60 kiloqram

Maqsud Xasmetov (“Neftçi”) – Əli Əliyev (BFL) – birinci tam üstünlüklə qalib gəlib

Ceyhun Məmmədov (Qusar) – Aslan Quliyev (Z-1) – 0:5

Ramazan Abdullayev (Balakən) – Elbrus Adıgözəlov (“Qəbələ”) – 0:5

Fərid Sadıqov (“Neftçi”) – Nadir Malikov (METE) – 5:0


63,5 kiloqram

Malik Həsənov (“Neftçi”) – Fərid Qasımov (“Qızıl əlcək” İK) – birinci tam üstünlüklə qalib gəlib

Ruslan Bayramov (DİN İC) – Ruslan Rüstəmov (BFL) – 0:5

Heybətulla Hacıəliyev (BFL) – Cəlal Qurbanov (MİK) – birinci qalib gəlib

Tayfur Əliyev (MİK) – Kənan Kazımov (“Cənub” İK) – ikinci döyüşə gəlməyib


67 kiloqram

Nəbi İsgəndərov (“Neftçi”) – Səid Abdullayev (“Neftçi”) – ikinci döyüşə gəlməyib

İlqar Salahov (Qəbələ) – Xəlil Kazımov (Gəncə) – ikinci döyüşə gəlməyib

Cavid Çələbiyev (“Qızıl əlcək”) – Sənan Mehdiyev (Abşeron) – birinci tam üstünlüklə qalib gəlib

Pərviz Quliyev (Ağcabədi) – Şəmsi Şahbazov (MİK) – 5:0


71 kiloqram

Mirşərif Kazımzadə (“Neftçi”) – Kamran Baxşəliyev (“Qəbələ”) – 5:0

Nicat Məmmədov (“Qızıl əlcək”) – Rəşid Həsənov (“Raund”) – 5:0

Elnur Abdullazadə (“Neftçi”) – Nicat Həsənov (“Qızıl əlcək”) – 3:2

Xanbala Qurbanov (Qəbələ) – Sərxan Əliyev (MİK) – 0:5


80 kiloqram

Devid Oloboye (Naxçıvan MR) – Mehdi Ağayev (Masallı) – birinci qalib gəlib

İldırım Qədirov (“Neftçi”) – Fəqan Məmmədov (AzTU) – ikinci tam üstünlüklə qalib gəlib

Aydın Hüseynli (“Neftçi”) – Sərxan Budaqov (“Qızıl əlcək”) – birinci döyüşə gəlməyib

Aydın Dadaşov (“Roman”) – Cabbar İsmayılov (Sumqayıt) – ikinci tam üstünlüklə qalib gəlib