Serbiya - Azərbaycan qarşılaşmasının başlamna saatı açıqlandı

Serbiya - Azərbaycan qarşılaşmasının başlamna saatı açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun başlama saatı açıqlanıb.

mediasport.az AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Serbiya ilə yanaşı Ukrayna, İngiltərə, Lüksemburq, Şimali İrlandiya eyni qrupda yer alıb.