Azərbaycan çempionu avrokuboka darmadağınla başladı - 0:5...

Azərbaycan çempionu avrokuboka darmadağınla başladı - 0:5...

Azərbaycanı futbol üzrə UEFA Regionlar Kubokunda təmsil edən "Şimal" komandası birinci mərhələnin B qrupunda ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, "Bric"lə (Gürcüstan) qarşılaşan təmsilçimiz 0:5 hesabı ilə uduzub.

Komandamızın növbəti rəqibi "Göteborq" (İsveç) klubu olacaq. Görüş iyulun 1-də keçiriləcək.

Xatırladaq ki, AFFA Region Liqasının son qalibi olan Xaçmaz təmsilçisi 2024-2025-ci illər mövsümündə 2-ci Liqada mübarizə aparacaq.

UEFA Regionlar Kuboku. B qrupu

28 iyul

"Bric" (Gürcüstan) - "Şimal" (Azərbaycan) 5:0

Qollar: Nika Bitsadze, 14; Levani Botkoveli, 30; Nodar Jobinaşvili, 41; Lado Kideşeli, 70, 72.

Baş hakim: Miloş Boşkoviç (Monteneqro)