UEFA-dan qərar: "Qarabağ" və "Zirə"nin oyununda sükut olacaq
Bu həftə avrokuboklar çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün oyunların bir dəqiqəlik sükutla başlaması haqda qərar verilib.
Mediasport.az xəbər verir ki, buna səbəb isveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfat etməsidir.
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" pley-offun cavab matçında "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.
"Zirə" isə Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə "Omoniya"nı qəbul edəcək.