Azərbaycan güləşçiləri "Paris-2024"ə 8 lisenziya qazanıblar
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinə yekun vurulub.
3 gün davam edən turnirdə Azərbaycanın 4 yunan-Roma və 5 qadın idmançısından heç biri Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib.
Əvəzində yarışın sonuncu günündə mübarizəyə qoşulan 5 sərbəst güləşçimizin hamısı ümidləri doğruldub.
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) adlarını olimpiadaya yazdırıblar.
Maqomedxan Maqomedovun (97 kq) bir müddət əvvəl dünya çempionatında tapşırığın öhdəsindən gəldiyini də nəzərə alsaq, Azərbaycan Parisdə sərbəst güləşdə bütün çəki dərəcəsində təmsil olunacaq.
Olimpiya oyunlarına dünya çempionatında vəsiqə qazanmış digər iki pəhləvanımız isə yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanovdur (77 kq).
Ümumilikdə güləş millilərimiz 4-illiyin zirvə yarışına 8 vəsiqəni rəsmiləşdiriblər.
Olimpiadaya lisenziya verən sonuncu yarış gələn ay Türkiyədə keçirilək Dünya Olimpiya Təsnifat Turniri olacaq.
Mediasport.az