3 "qızıl" qazana bilərik - Daha 5 güləşçimiz mübarizəyə qoşulur - AÇ
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında mübarizə davam edəcək.
mediasport.az xəbər verir ki, yarışın ikinci günündə daha 5 sərbəst güləşçimiz tatami üzərinə çıxacaq.
61 kq-da İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna), 74 kq-da Cəbrayıl Qadjiyev eyni raundda Simon Marklın (Avstriya), 86 kq-da Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə)/Ruslan Valiyev (Fransa) cütünün qalibi, 92 kq-da Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail)/Recep Haydari (Şimali Makedoniya) və 125 kq-da təmsilçimiz Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.
Dünən döyüşə atılan digər 5 idmançımız isə bu gün medal üçün mübarizə aparacaq. 57 kq-da Əliabbas Rzazadə Süleyman Atlı (Türkiyə), 70 kq-da Hacı Əliyev Ramazan Ramazanov (Bolqarıstan) və 97 kq-da Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə qızıl medal uğrunda güləşəcək.
65 kq-da yarışan Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-da Səbuhi Əmiraslanov isə bürünc medal qarşılaşmasında Axsarbek Qulayev/Hetik Çabolov cütünün qalibi ilə görüşəcək.
Avropa çempionatı aprelin 23-də başa çatacaq.