Güləşçimiz DÇ-nin 1/2 finalına çıxıb, Hacı 1/4 finalda uduzub
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala çıxıb.
Mediasport.az xəbər verir ki, 97 kq çəkidə yarışan idmançımız 1/16 finaldan başlayaraq, bu raunda qədər bütün rəqiblərini məğlub edib.
65 kq çəkidə mübarizə aparan Hacı Əliyev ilk 3 dueldən qalıb ayrılsa da, 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub. Qadın güləşçimiz Alyona Kolesnik (59 kq) də 1/4 finalda məğlub olub.
Əliyevə qalib gələn Tevanyan finala vəsiqə qazana bilsə, Hacının bürünc medal uğrunda təsəlliverici görüşə çıxmaq imkanı yaranacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.