Azərbaycan daha 4 medal qazana bilər - AÇ-2024-də sonuncu gün
Bu gün Rumıniyanın Buxarest şəhərində keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, yarışda 25 idmançı ilə təmsil olunan Azərbaycanın aktivinə daha 4 medal yazıla bilər.
Sərsbəst güləşçilərimizdən Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda döyüşlərə çıxacaqlar.
Qeyd edək ki, əvvəlki günlərdə yunan-Roma güləşçilərimiz Nihad Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa birincisi olublar, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci yeri tutublar, Beka Kandelaki (130 kq) üçüncülüklə kifayətlənib, qadınların mübarizəsində isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal əldə edib.