Azərbaycan klublarının rəqibləri müəyyənləşir - UEFA Konfrans Liqası
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
MediaSport.az xəbər verir ki, saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə ölkəmizi bu yarışda təmsil edəcək "Sabah", "Neftçi" və "Qəbələ"nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşəcək.
Püşk zamanı "Neftçi" səpələnmişlər, "Sabah" və "Qəbələ" isə səpələnməmişlər səbətində yer alacaq.
II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.
Avropa Konfrans Liqası. II təsnifat mərhələsi
Səpələnmişlər:
“Brügge” (Belçika)
“Bazel” (İsveçrə)
“Gent” (Belçika)
“Fənərbağça” (Türkiyə)
ÇFR (Rumıniya)
“Midyullan” (Danimarka)
PAOK (Yunanıstan)
“Makkabi (Təl-Əviv, İsrail)
“Viktoriya” (Çexiya)
“Bude-Qlimt” (Norveç)
“Lex” (Polşa)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Yurqorden” (İsveç)
APOEL (Nikosiya, Kipr)
“Beşiktaş” (Türkiyə)
MOİK (Bolqarıstan)
“Tvente” (Niderland)
“Riyeka” (Xorvatiya)
“Gimaraeş” (Portuqaliya)
“Styaua” (Rumıniya)
“Legiya” (Polşa)
“Rusenborq” (Norveç)
“Spartak” (Trnava, Slovakiya)
AEK (Larnaka, Kipr)
“Omoniya” (Kipr)
“KuPS” (Finlandiya)
“Neftçi” (Azərbaycan)
“Osiyek” (Xorvatiya)
“Hibernian” (Şotlandiya)
“Aris” (Saloniki, Yunanıstan)
“Austriya” (Avstriya)
Səpələnməmişlər:
“Petrokub” (Moldova)
“Drita” (Kosovo)
“Voyvodina” (Serbiya)
“Adana Dəmirspor” (Türkiyə)
“Lütsern” (İsveçrə)
“Vorskla” (Ukrayna)
"Beytar" (İsrail)
“Bohemians” (Çexiya)
“Orhus” (Danimarka)
“Hammarbü” (İsveç)
“Kalmar” (İsveç)
“Levski” (Bolqarıstan)
“Kauno” (Litva)
“Poqon” (Polşa)
“Zalaeqerseq” (Macarıstan)
“Keşkemet” (Macarıstan)
“Debresen” (Macarıstan)
“Sepsi” (Rumıniya)
“Qəbələ” (Azərbaycan)
“Boraç” (Bosniya və Herseqovina)
“MOİK 1948” (Bolqarıstan)
“Sabah” (Azərbaycan)
“Ordabaşı” (Qazaxıstan)
“Aktobe” (Qazaxıstan)
“Çelye” (Sloveniya)
“Auda” (Latviya)
“Differdanj” (Lüksemburq)
“Torpedo BelAZ” (Belarus)