AFFA İntizam Komitəsi "Sabah", "Neftçi" və "Qəbələ"ni cərimələyib
AFFA İntizam Komitəsinin izlası keçirilib.
Mediasport.az xəbər verir ki, 15-ci turda baş verən neqativ hadisələrdən dolayı toplantıda çıxarılan qərarlarla Premyer Liqanın 3 klubu - "Sabah", "Neftçi" və “Qəbələ” cərimələnib.
Təcili tibbi yardım avtomobili “Səbail”lə ev matçına təyin olunmuş vaxtdan gec gəldiyi üçün “Sabah” 1000 manat ziyana düşüb. Hesab tablosu işləmədiyi üçün Masazır təmsilçisi xəbərdarlıq da alıb.
“Neftçi” - “Turan Tovuz” matçında da hesab tablosu işləmədiyindən “ağ-qaralar”a xəbərdarlıq edilib. Oyun başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olması səbəbindən “Neftçi” 800 manat cərimə ödəyəcək.
"Qəbələ" isə “Kəpəz”lə qarşılaşmanın 49-cu dəqiqəsində qırmızı vərəqə alan Emil Səfərova görə 500 manat cəriməyə məruz qalıb, yarımmüdafiəçi 1 oyunluq cəzalandırılıb.