AÇ-2024: Azərbaycan - Estoniya matçının hakimləri açıqlandı

AÇ-2024: Azərbaycan - Estoniya matçının hakimləri açıqlandı

AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində iyunun 17-də Bakıda keçiriləcək Azərbaycan - Estoniya qarşılaşmasının hakimlər briqadası açıqlanıb.

mediasport.az xəbər verir ki, matçı Çexiyadan olan referilər idarə edəcəklər.

Oyunun baş hakimi Ondrey Berka olacaq, ona yan xətdə İvo Nadvornik və Kamil Hayek kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Dalibor Çerni yerinə yetirəcək.

"F" qrupunun görüşü "Dalğa Arena"da baş tutacaq və saat 20:00-da start götürəcək.

Yığmamız qrupun ilk 2 duelində səfərdə Avstriya (1:4) və İsveç (0:5) millilərinə məğlub olub. 1 oyun keçirən estonlar isə avstriyalılara uduzublar - 1:2.