Azərbaycan klubundan ayrılan vinger BƏƏ klubunda oynayacaq
2019/2020 və 2024-cü ilin yanvarından mövsümün sonunadək "Qəbələ"də oynamış Klesio Baukun yeni klubu məlum olub.
Mediasport.az xəbər verir ki, Mozambik milli komandasının üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
30 yaşlı vinger “Əl-Ərəbi” ilə müqavilə bağlayıb.
Xatırladaq ki, ötən ilin yanvarında Qəbələ təmsilçisi ilə 2.5 illik anlaşmaya qol çəksə də, yayda razılaşmasına xitam verilən afrikalı 2020/2021-ci illər mövsümündə "Zirə"nin heyətində 28 oyuna 5 qol vurub.