Azərbaycan Kubokunda yarımfinal oyunlarının saatları müəyyənləşib

Azərbaycan Kubokunda yarımfinal oyunlarının saatları müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlanma saatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, hər iki qarşılaşma aprelin 24-də baş tutacaq.

İlk olaraq “Qəbələ” və “Zirə” kollektivləri üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Görüş saat 20:00-da başlanacaq.

Qeyd edək ki, bu cütlüklər arasında baş tutan ilk oyunlarda “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib