Azərbaycan Kubokunda II raund: Daha 4 klub mərhələ adlayıb

Azərbaycan Kubokunda II raund: Daha 4 klub mərhələ adlayıb

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2-ci mərhələnin oyunları davam etdiriib.

Mediasport.az xəbər verir ki, ikinci matç günündə daha 4 qarşılaşma baş tutub.

2 görüş "CBC Sport" vasitəsilə, 2 qarşılaşma isə Peşəkar Futbol Liqasının "yutub" kanalında canlı yayımlanıb.

Mərhələyə sabah keçiriləcək 2 duellə yekun vurulacaq.

Qeyd edək ki, bu raundda qaliblər bir görüşlə müəyyənləşir.


Azərbaycan Kuboku. 2-ci təsnifat mərhələsi


“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Azər Əsgərov

Şamaxı OİK stadionu, 13:30 (canlı, “AzPFL”)


“Kəpəz” – “Baku Sportinq” 2:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu, 13:30 (canlı, “CBC Sport”)


“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Dalğa Arena”, 15:00 (canlı, “AzPFL”) 


“Lerik” – “Sumqayıt” 0:6

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Kapital Bank Arena”, 18:00 (canlı, “CBC Sport”)