"Xankəndi"dən növbəti transfer
"Xankəndi" klubu növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Qarabağ təmsilçisi Məhəmməd Alıyevi heyətinə qatıb.
31 yaşlı yarımmüdafiəçi bu keçidə qədər "Simurq", "Sabah", "Sumqayıt", "Rəvan", "Neftçala", "Qaradağ Lökbatan", "Standard" (Sumqayıt), MOİK, "Uğur" (Sumqayıt), "Ağsu Siti", "Şahdağ" Quba, "Füzuli", "Hypers Guba"da oynayıb.
Yeni yaradılan klub yarımmüdafiəçi Pərviz Qaraxanov və müdafiəçi Əziz Hüseynovu da transfer edib.
Xatırladaq ki, "Xankəndi" cari mövsümdən AFFA Region Liqasında iştirak edəcək.