"Qarabağ"ın 2 legioneri milli komandada qələbəyə sevinib

  "Qarabağ"ın 2 legioneri milli komandada qələbəyə sevinib

Monteneqro milli komandası yoldaşlıq oyununda qələbə qazanıblar.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin də çıxış etdiyi Monteneqro yığması Şimali Makedoniya ilə qarşılaşıb - 1:0.

Veşoviç və Yankoviç oyuna 61-ci dəqiqədə daxil olublar.

Xatırladaq ki, Monteneqronun baş məşqçisi futbol üzrə Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçkidir.