"Qəbələ"nin sabiq baş məşqçisi Dadaşovla birgə işləyəcək - FOTO
“Qəbələ”nin keçmiş baş məşqçisi Fatih Kavlak Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”da işləyəcək.
Mediasport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Hatay təmsilçisinin idman direktoru təyin edilib.
Məlumatı klubun mətbuat xidməti açıqlayıb.
Yada salaq ki, Kavlak 2010/2011-ci illər mövsümündə “Qəbələ”nin baş məşqçisi Toni Adamsın köməkçisi təyin olub.
Türkiyəli mütəxəssis Adamsın istefasından sonra - 2011-ci ilin noyabrından Qəbələ klubuna rəhbərlik edib və 2012/2013-cü illər mövsümünün əvvəlində 6 turdan sonra istefa verib.
Fatih Kavlak daha əvvəl "Hatayspor"da baş məşqçi və idman direktoru vəzifələrində fəaliyyət göstərib.
Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus Renat Dadaşov Türkiyə klubunun heyətində 2023-cü ilin sentyabrından icarə əsasında çıxış edir.
Hatay klubunda Volkan Dəmirəldən boş qalan baş məşqçi postuna isə Özhan Pulat gətirilib.