Azərbaycan klubu 28 yaşlı yarımmüdafiəçi ilə vidalaşdı

Azərbaycan klubu 28 yaşlı yarımmüdafiəçi ilə vidalaşdı

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zaqatala” bir futbolçu ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Rəhman Şabanovla yollarını ayırıb.

28 yaşlı futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

Zaqatala klubu geridə qalan mövsümü 31 xalla 7-ci sırada başa vurub.