Azərbaycan millisinin üzvü 3 həftə futbol oynamayacaq - DƏQİQLƏŞDİ
Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsini tərk edən “Sabah”ın kapitanı Elvin Camalovun sağlıq vəziyyətinə aydınlıq gətirilib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 3 həfətlik sıradan çıxıb.
29 yaşlı yarımmüdafiçinin dirsək nahiyəsində sınıq aşkar edilib.
O, yığmanın qarşıdakı iki görüşü ilə yanaşı, Azərbaycan Premyer Liqasının 10-cu turunun qarşılaşmasını da kənardan izləyəcək.
Xatırladaq ki, Camalov 9-cu turunun “Araz-Naxçıvan”la matçının 74-cü dəqiqəsində zədələnib.