"Traktor"dan Təbrizdə gözlənilməz məğlubiyyət - 4 top buraxdılar

"Traktor"dan Təbrizdə gözlənilməz məğlubiyyət - 4 top buraxdılar

Futbol üzrə İran çempionatında 23-cü turun görüşləri keçirilir.

Mediasport.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu doğma meydanda "Zob Ahan"ı qəbul edib.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

23 turdan sonra 40 xal toplayan Təbriz təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bir oyun az keçirən "al qurdlar" lider "İstiqlal"dan 10 xal geri qalır.