Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü yekunlaşdı

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü yekunlaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Mediasport.az xəbər verir ki, bu gün 36-cı tur çərçivəsində son iki görüş baş tutub.

Bununla da "Qarabağ"ın 11-ci çempionluğu rəsmiləşib. Ağdam klubu növbəti dəfə UEFA Çempionlar Liqasında yarışacaq.

"Zirə" Avropa Liqası, "Sabah" və "Sumqayıt" isə ölkəmizi Konfrans Liqasında təmsil edəcək.


Azərbaycan Premyer Lqiası. 36-cı tur


“Turan Tovuz” -  "Kəpəz” 1:0

Qol: Otto Con, 74.

Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu, 17:00


“Araz-Naxçıvan” - “Qarabağ” 2:2

Qollar: Elvis Maşike, 3, Abdulla Rzayev, 57 - Olavio Juninyo, 28, Vadim Abdullayev, 32-avtoqol.

Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Azersun Arena”, 19:30



1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26



Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 20 qol

Aleksandr Ramalinqom ("Səbail") - 15 qol

Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 12 qol