"Qarabağ" çempionatlar tarixində ikinci dəfə bunu bacardı

"Qarabağ" çempionatlar tarixində ikinci dəfə bunu bacardı

Çempionatın lideri “Qarabağ” Premyer Liqanın 2022/2023-cü illər mövsümünün startından bu yana ardıcıl 7-ci qələbəsini qazanıb.

MediaSport.az xəbər verir ki, VIII turda “Neftçi” ilə (3:1) görüşən Qurban Qurbanovun yetirmələri xal itkisi ilə üzləşməyən yeganə komanda ünvanını qoruyub.

Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib. “Qarabağ” ikinci dəfə bunu bacarıb. Ağdamlılar 2019/20 mövsümünə də belə başlayıb. Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.