"Sumqayıt"dan ayrılan yaponiyalı Danimarka klubuna keçib - RƏSMİ
"Sumqayıt"dan ayrılan Masaki Muratanın yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, yaponiyalı Danimarkada oynayacaq.
O, "Vayle" ilə anlaşıb. Tərəflər üç illik müqavilə imzalayıblar.
Murata 2023-cü il yanvar ayında "Sumqayıt"a keçmişdi.