Azərbaycan Prezidenti Xankəndidə tarixi oyunu stadiondan izləyir
Bu dəqiqələrdə xalqımız tarixi hadisəyə şahidlik edir.
Mediasport.az xəbər verir ki, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.
Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.
Matç ölkə başçısının topa rəmzi toxunuşu ilə start götürüb.