Azərbaycan - Avstriya oyununun keçiriləcəyi stadion DƏQİQLƏŞDİ

Azərbaycan - Avstriya oyununun keçiriləcəyi stadion DƏQİQLƏŞDİ

Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə qrup mərhələsində Avstriya yığması ilə evdə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

MediaSport.az xəbər verir ki, görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlanacaq.

Qeyd edək ki, F qrupunda yer alan millimiz qrupun 2 görüşündə məğlub olub, Estoniya ilə Bakıda heç-heçə edib. 1 xalı olan komandamız ilk turda avstriyalılara səfərdə 1:4 hesabı ilə idizub.