Azərbaycan UEFA-nın reytinq cədvəlində Rusiyanı geridə qoydu
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Mediasport.az xəbər verir ki, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən rısmiləşib.
23-cü sıraya yüksələn ölkəmizin hesabında 18,375 əmsal var.
Xatırladaq ki, ÇL-in 2-ci raundu çərçivəsində "Qarabağ" Cəbəllütariqin "Linkoln" komandasını hər iki görüşdə məğlub edib - 2:0, 5:0.
"Zirə" də Konfrans Liqasında eyni uğura imza atıb. "Qartallar" Slovakiyanın "DAK 1904" klubundan güclü olublar - 4:0, 2:1.
"Sabah" eyni yarışda İsrailin "Makkabi" (Hayfa) kollektivinə bir dəfə qalib gəlib, bir dəfə uduzub - 3:0, 3:6.
"Sumqayıt" isə Konfrans Liqasında evdə məğlub olduğu Macarıstanın "Fehervar" kollektivi ilə səfərdə heç-heçə oynayıb - 1:2, 0:0.
Bu görüşlər reytinqdə Azərbaycana ümumilikdə 0,625 xal qazandırıb.
24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdə qərarlaşmış Macarıstanın 19,500 xalı var.
55 ölkənin yer aldığı reytinq siyahısına 89.160 əmsalla İngiltərə başçılıq edir.