Millilərimiz Avropa çempionatında növbəti matçlarını keçirəcəklər

Millilərimiz Avropa çempionatında növbəti matçlarını keçirəcəklər

Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.

Mediasport.az xəbər verir ki, Cəbəllütariqdə təşkil edilmiş qızlardan ibarət yarışın A qrupunda yer alan yığmamız Gürcüstanla qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.

Xatırladaq ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv ilk görüşdə Ermənistan millisini 86:59 hesabı ilə məğlub edib.

Qrupdakı növbəti oyun iyulun 11-də, Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq.

Oğlanlardan ibarət yığma isə A qrupunda Moldova ilə üz-üzə gələcək. Albaniyada keçirilən raundun dueli Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Tahir Baxşıyevin komandası ilk oyunda Albaniya ilə üz-üzə gəlib və 56-60 hesabı ilə məğlub olub.

Komanda A qrupundakı növbəti matçını iyulun 11-də, Bakı vaxtı ilə saat 16:30-da Malta yığmasına qarşı keçirəcək.