Azərbaycana 1:6 uduzan məşqçi: "Futzalçılarımızdan narazı deyiləm"

Azərbaycana 1:6 uduzan məşqçi: "Futzalçılarımızdan narazı deyiləm"

"Daha əvvəl burada işləmişəm və ölkə mənə yaxındır".

Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2024-ün elit-raund mərhələsinin qrup matçından sonra mətbuat konfransında deyib.

2016-cı ildə Azərbaycan yığmasında çalışmış mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Daha yaxşı oyun sərgiləyə bilərdik. Amma futzalçılarımızdan narazı deyiləm. Bəzi məsələləri təhlil edib aydınlaşdıracağıq".

Andres yenidən Azərbaycanda işləmək ehtimalı haqqında da danışıb: "Ölkənizdə fəaliyyət göstərdiyim müddətdə məmnun olmuşam. Bura həmişə mənə doğma olaraq qalacaq. Lakin hələlik Niderland millisindəki işimi davam etdirəcəyəm".

Qeyd edək ki, Azərbaycan yığması Niderland futzalçılarına 6:1 hesabı ilə qalib gəlib.