Vüqar Nadirovun komandası Azərbaycan 2-ci Liqasında!

Vüqar Nadirovun komandası Azərbaycan 2-ci Liqasında!

Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış etmək uğrunda pley-off mərhələsinin cavab görüşü baş tutub.

Mediasport.az xəbər verir ki, 2-ci Liqanın sonuncusu “Şəfa” ilə Region Liqasının finalçısı “Hypers” komandaları arasında keçirilən cavab qarşılaşması 2-ci Liqada növbəti mövsüm üçün iştirakçını müəyyənləşdirib.

Tərəflər arasında ötən həftə oynanılmış dueldə "Hypers" rəqibinə 2 cavabsız qol vurmuşdu.

Azərbaycan milli komandası və "Qarabağ"ın keçmiş futbolçusu Vüqar Nadirovun oynayan-məşqçi olduğu "Hypers" bu dəfə də qələbə qazanaraq 2-ci Liqaya vəsiqəni təmin edib.

"Şəfa" isə növbəti mövsüm Region Liqasnda yarışacaq.


Azərbaycan 2-ci Liqası. Pley-off. Cavab oyunu


17:00 "Hypers" - “Şəfa” 2:1

Qollar: Vüqar Nadirov, 2, Məhəmməd Alıyev, 45+3 - Ramiz Qasımov, 65.

Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“ASCO Arena”. İlk matç - 2:0.