Avropa çempionatı: Qadın boksçumuz 1/4 finala yüksəlib

Avropa çempionatı: Qadın boksçumuz 1/4 finala yüksəlib

Qadınlardan ibarət Azərbaycan milli komandasının bokçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, 48 kq çəkidə yarışan idmançımız 1/8 finalda Ermənistan təmsilçisi Lusine Gevorqyana qalib gəlib.

Qeyd edək ki, qitə birinciliyində yığmamızın daha 4 qadın üzvü mübarizə aparacaq.

Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) qarşıdakı günlərdə rinqə çıxacaqlar.